Modern.az

Şarm əl Şeyx yarımadasına ancaq gündüzlər uçuş olacaq

 Şarm əl Şeyx yarımadasına ancaq gündüzlər uçuş olacaq

Təhsil

5 Noyabr 2015, 21:51

 

Şarm əl Şeyx yarımadasının üzərindən yalnız gündüz vaxtı uçuşlar həyata keçiriləcək. Modern.az xəbər verir ki, Türk Hava Yollarının nümayəndəsi Əli Gənc bunu son hadisələrlə əlaqələndirin. O, bildirib ki, son hadisələrdən dolayı şirkət sözügedən yarımadada yerləşən hava limanlarına mütəxəssislər göndərib: “Şarm Əl Şeyxə göndərdiyimiz mütəxəssislər oradakı mövcud şəraiti dəyərləndirəcəklər. Daha sonra tərtib edilən qaydalara əsasən İstanbul–Şarm Əl Şeyx marşrutu üzrə yalnız gündüzlər uçuşlar təşkil ediləcək”.

Qeyd edək ki, oktyabrın 31-də Şarm əl Şeyx və Sankt Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. Nəticədə göyərtəsində olan 224 nəfər həlak olub.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi