Rəsmi Vaşinqton Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin göyərtəsində partlayış olduğunu istisna etmir. Modern.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Ağ Evin rəsmi nümayəndəsi Coş Ernestə istinadən yayıb.
“Terror aktının mümkünlüyünü istisna etməyəcək kifayət qədər məlumatımız var”, deyə C.Ernest bildirib.
Məlumatın təfərrüatları və hansı mənbələrdən alındığını Ağ Ev nümayəndəsi dəqiqləşdirməyib.
Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub. Modern.az