Modern.az

AZAL-ın Bakı-Nyu-York-Bakı reyslərində yenilik

AZAL-ın Bakı-Nyu-York-Bakı reyslərində yenilik

6 Noyabr 2015, 11:06


Sabahdanetibarən “Azərbaycan Hava Yolları”-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək.  

AZAL-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir. Bu reysin sərnişinlərinə 3 xidmət sinifi -  Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.  

“Azərbaycan Hava Yolları”-nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq  transatlantik test uçuşu həyata keçirmişdir və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb. 

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar //www.azal.az/az/azal-miles). 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  +(99412) 598-88-80 *8880

e-mail: [email protected]

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi