Modern.az

Daxili İşlər Nazirliyi Şirvandakı atışma barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şirvandakı atışma barədə məlumat yaydı

Təhsil

6 Noyabr 2015, 12:41

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş vermiş silahlı qarşıdurmaya dair məlumat yayıb. Modern.az saytı DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də Şirvan şəhərinin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk ediblər.

 Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilmiş E.Nəciyev isə orada ölüblər.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.   

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edk ki, Elvin Nəciyev kriminal aləmdə “krutoy Elvin” kimi tanınırmış...

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi