Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Müstəqillik sarayında təntənəli sürətdə and içib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə Lukaşenko Belarus dilində and içib. Mərasimdə 1000-dən artıq qonaq iştirak edib.
Oktyabrın 11-də keçirilən seçkilərdə 5-ci dəfə Belarus prezidenti seçilən Aleksandr Lukaşenko Avropada ən uzun müddət prezidentlik edən siyasətçi kimi tanınır.
Vüqar İsmçayılov