Modern.az

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

6 Noyabr 2015, 13:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 7-də da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz
- Noyabrın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər.

Noyabrın 07-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi