İctimai Televiziya “Sənətkar” verlişinə start verir.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, layihə ədəbi və musiqi incilərindən bəhs edəcək. Verlişin ilk buraxılışı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına həsr edilib.Yeni layihə tok-şou formatında tamaşaçılara təqdim olunacaq.
Tok-şounun bu dəfəki qonaqları musiqişünas Zemfira Səfərova, kinoşünas Ayaz Salayev, teatrşünas Aydın Talıbzadə və başqalarıdır.
Verlişin müəllifi və aparıcısı tanınmış jurnalist Könül Arifqızıdır.
“Sənətkar” verlişinin noyabrın 8-i saat 22:10-da efirə çıxması gözlənilir.
Modern.az