Modern.az

İcra başçısının Eldar Mahmudova yaxınlığı təkzib olundu - AÇIQLAMA

İcra başçısının Eldar Mahmudova yaxınlığı təkzib olundu - AÇIQLAMA

6 Noyabr 2015, 14:55

İsmayıllı Rayon İcra Hakimiyyətinin mətbuat xidməti icra başçısı Mirdamət Sadıqovun MTN-in keçmiş şefi Eldar Mahmudova yaxınlığı barədə bəzi KİV-lərin iddialarını təkzib edib.
Mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada  bildirilib ki, hazırda rayonda bütün məsələlər icra başçısı Mirdamət  Sadıqovun nəzarətində saxlanılır, rayon əhalisinin İcra Hakimiyyəti ilə təmas qurmasında problem yoxdur, neqativ halların  yaranmaması üçün təxirə salınmaz tədbirlər həyata keçirilib..

“Məlumat üçün bildiririk ki, Mirdamət Sadıqovun  “birliyant biznesi” yoxdu,  Seva adlı xanım tanımır. Bu fikirləri mətbuatdan oxuyub təəssüf hissi ilə qeyd edirik ki, onun MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovla  yaxın münasibəti olmayıb. Bunu da mətbuat düzgün yazmayıb.  Eldar Mahmudovun atası Əhməd Mahmudovun 89-cu yubiley konfransının Gəncə Aqrar Universitetində  məxsusi keçirilməsinə dair irəli sürülən fikirlər də həqiqəti əks etdirmir. Mirdamət Sadıqov rektor olduğu 2012-ci ildə Aqrar Universitetdə Əhməd Mahmudovun yubiley konfransının  keçirilməsi baş verib. Əhməd Mahmudova həsr olunan konfrans  ölkədə fəaliyyət göstərən 14  ali məktəbdə ,o cümlədən, Gəncə Aqrar Universitetində keçirilib.  O zaman  Mirdamət Sadıqov bu yubiley konfransına hər hansı məxsusi yanaşma nümayiş etdirməyib”.

İcra Hakimiyyəti KİV nümayəndələrinə  yalan məlumat yaymamağı, məsuliyyətli davranmağı tövsiyyə  edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi