Çin mətbuatı Rusiya gündəmində müzakirə olunmayan məsələ barədə yazıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şimal qonşumuz Çinin Çzilin vilayəti ilə həmsərhəd olan 4,7 kvadrat kilometr ərazini rəsmi Pekinə güzəştə gedib. Həmin ərazidə artıq Çin sərhədçiləri nişanlar qoyublar və sərhəd-keçid məntəqəsinin tikintisinə başlayıblar.
Məlumata görə, Xubutu çayının bir hissəsini əhatə edən həmin ərazi Ussuriysk şəhərinin 60 kilometrliyində yerləşir. 4,7 kvadrat kilometrlik ərazi hələ XIX əsrin sonlarında Çzin sülaləsi ilə Rusiya arasında imzalanan qeyri-bərabər müqavilələr əsasında rəsmi Moskvaya verilmişdi.
Dünya mətbuatı isə Rusiyanın Çinə ərazi güzəştlərinə getməsini 1858-1915-ci illərdə Çzin sülaləsinin ruslara hədiyyə etdiyi 1,5 kvadrat kilometr ərazinin qaytarılmasına siqnal kimi qəbul edirlər.
Vüqar İsmayılov