PKK terror təşkilatının Türkiyədəki ən əhəmiyyətli mövqelərdən Hakkari Yüksəkova sərhədləri içindəki Buz Dağı rayonu təmizlənib.
Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid zabit İlkər Çəlikcanın adını daşıyan əəməliyyat 2500-3500 metr hündürlükdə yerləşən bölgəni əhatə edib. Orada həyata keçirilən əməliyyatda əsgərlər PKK-nın ”girilməz” dediyi yerlərə daxil olub. 119 terrorçu ölü ələ keçirilib, 6 türk əsgəri şəhid olub. Əməliyyatda PKK-çı terrorçuların zenit qurğusu da ələ keçirilib.
Əməliyyatda terrorçulara məxsus 39 ədəd ağır zirehli silah və on minlərlə sursat müsadirə olunub.
27 sentyabr 2015-ci il tarixində başlayan və 5 noyabrda nəticələnən bu hərbi əməliyyata Türkiyə Ordusunun iki desant briqadası və Xüsusi Təyinatlı Qüvvələrə aid birlikləri qatılıb.
Temperaturun gecələr -15 dərəcəyə düşdüyü, donvurmaların baş verdiyi, 3500 metrə çatan yüksəkliklərdə sıldırım dərə və qayalıqlardan ibarət bölgədə 40 gün davam edən əməliyyatda terrorçuların istifadə etdikləri mövqelər, sığınacaqlar, mağaralar bir-bir istifadəyə yararsız hala gətirilib.
Ağa Akifoğlu