Modern.az

“Bütün televiziyalar mənə qadağa qoyub”

“Bütün televiziyalar mənə qadağa qoyub”

6 Noyabr 2015, 19:16


“ANS kanalından başqa mənə bütün televiziyalar qadağa qoyub”.

Bunu aznews.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O, bildirib ki, efirə buraxılmamasının səbəbi hələ ona bəlli deyil:

“Tamaşaçılar məndən soruşurlar ki, “xalq, millət sizi istəyir, niyə efirlərdə yoxsunuz?”. Deyirəm ki, gedin bunu televiziya rəhbərlərindən soruşun. Nə səbəbə görə həmin kanal rəhbərləri iki il yarımdır ki, ölkənin xalq artistinə qadağa qoyub? Hələ özüm də bilmirəm”.

N.Dostəliyeva vurğulayıb ki, elə bir gün yoxdur ki, tamaşaçı onunla əlaqə yaratmasın:

“Xalq mənə hər gün zəng edir. Səbəbini desinlər, biz də tamaşaçılarımıza açıqlayaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi