Modern.az

Dövlət Bayrağı Gününə həsr olunan elmi konfrans keçirilib

  Dövlət Bayrağı Gününə həsr olunan elmi konfrans keçirilib

6 Noyabr 2015, 20:46

Naxçıvan Dövlət Universitetində (NDU) Dövlət Bayrağı Gününə həsr olunmuş elmi konfransda bu əlamətdar günün əhəmiyyətindən danışılıb. NDU-nun mətbuat şöbəsindən Modern.az-a verilən məlumata görə, konfransı açan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsas simvollarından biri, müstəqilliyin və dövlətçiliyin atributu olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, bütün tarix boyu xalqların və dövlətlərin simvolu olan bayraq daim uca tutulub, müqəddəs bilinib. Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov “Azərbaycan bayrağının tarixi” mövzusunda məruzə ilə çıxışında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Natiq Azərbaycan bayrağının tarixini xronoloji ardıcıllıqla elmi konfrans iştirakçılarının nəzərinə çatdırıb.

lmi konfransda iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Ülvi Quluzadənin “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi”, menecment ixtisası üzrə II kurs tələbəsi İbrahim Şərifovun “Bayrağımız qürurumuzdur” mövzularında məruzələri dinlənilib. Tədbirdə, həmçinin dövlət bayrağı ilə bağlı videoçarx da nümayiş olunub. Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi