Rusiyanın hərbi təyyarələri “İslam dövləti” (İŞİD) terror qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərini vurub. Modern.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından bildirilib.
Məlumata görə, aviazərbələr nəticəsində 27-i dinc vətəndaş olmaqla 42 nəfər həyatını itirib.
Qeyd edək ki, Rakka İŞİD-in paytaxtı hesab olunur.
Modern.az