Roma Papası Fransisk uşaq vaxtı qəssab olmaq istəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, holland qəzeti “Straatnyus”a verdiyi açıqlamada deyib. Fransisk bu arzusunun səbəbini uşaq olarkən küçələrində qəssab dükanlarının yoxluğu ilə əlaqələndirib.“Buenos-Ayresdə ət və tərəvəzlərin satıldığı bazar var idi. Nənəmlə ora alış-veriş üçün gedirdik. 4 yaşım olardı ki, onlar məndən nə olacağımı soruşdular. Mən də “qəssab” deyə cavab verdim.
Roma Papası müsahibəsində küçədə sərbəst gəzdiyi günlər üçün darıxdığını deyib. O, Buenos-Ayresin zəngin olmayan məhəllərində futbol oynadığını və çox zamanda qapıçı olduğunu qeyd edib.
Qapıçı kimi uğur əldə etməməsinə və dostlarının ona gülməsinə baxmayaraq o, futbol oynamağa davam etdiyini vurğulayıb.
Modern.az