Modern.az

Obama məşhur layihəyə veto qoydu

Obama məşhur layihəyə veto qoydu

7 Noyabr 2015, 10:43


ABŞ prezidenti Barak Obama, ölkədə böyük mübahisələrə yol açan “Keystone” boru kəməri layihəsini veto qoyub.

Respublikaçıların dəstəklədiyi layihə, ABŞ Senatı və Konqresindən razılıq aldıqdan sonra prezident Obamanın qarşısına gəlmişdi.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama, Amerikanın qlobal bir lider olduğunu və iqlim dəyişikliyinə qarşı ciddi bir addım atdıqlarını əsas gətirərək bildirib:

"Bu layihəni imzalamaq, bu liderliyin altını qazmaq deməkdir. Bu layihə nə iqtisadiyyat üçün, nə də iqlim fəlakətlərinə qarşı sehrli çubuq deyil".

Ağ Ev başçısı “Keystone” neft kəməri ilə daha çox məşğulluq təmin olunmayacağını və neft qiymətlərinin düşməyəcəyini qeyd edib.

Kanadadan təxminən 2 min km məsafədə yerləşən, ABŞ-ın Nebraska ştatına qədər uzanan nəhəng layihənin  təxminən 8 milyard dollara başa gələcəyi təxmin edilirdi.

Layihə təsdiq edilmiş olsaydı Kanadadan Nebraskadakı emal zavodlarına gündəlik 800 min barrel neft gətiriləcəkdi.

Ağa Akifoğlu  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi