Modern.az

Səudiyyə Ərəbistanı kralı Telman İsmayılovun satılan otelini bağlatdıracaq

Səudiyyə Ərəbistanı kralı Telman İsmayılovun satılan otelini bağlatdıracaq

7 Noyabr 2015, 11:05


G-20 liderlərinin zirvə toplantısı üçün Türkiyəyə gələcək Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz Antalyadakı “Mardan Palace”ı 18 günlüyə bağlatdırıb. 1000 nəfərlik heyəti ilə oteldə qalacaq Kral 18 gün üçün 18 milyon dollar ödyəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kral görüşdən bir neçə gün əvvəl otelə gələcək və iclas bitdikdən sonra ölkəsinə qayıdacaq.  

Buna görə otel 18 gün başqa müştərilə bağlı olacaq.  

Kral dairəsində qalacaq qonaq üçün aşbaz, qulluqçulara dərs keçiləcək. Kralın özəl vərdişləri də nəzərə alınaraq onun dairəsində əvvəlcədən bəzi dəyişikliklər də edilib.  

Qeyd edək ki, bir neçə gün öncə “Mardan Palace”ı Türkiyənin Xalq Bankı 360 milyon lirəyə almışdı. Azərbaycanlı iş adamı, Rusiya vətəndaşı Telman İsmayılovun 1,4 milyard dollara 6 il ərzində tikdirdiyi otel maliyyə problemləri ilə gündəmdə idi.  

Aytən ZƏHRA    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi