Modern.az

“Böyük İpək Yolu” üzvləri Əli Həsənovla görüşdülər - FOTO

“Böyük İpək Yolu” üzvləri Əli Həsənovla görüşdülər - FOTO

7 Noyabr 2015, 11:15


Noyabrın 5-dən 7-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, ümumilikdə 10 ölkədən İdarə Heyətinin üzvləri iştirak ediblər.

İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənovla görüşüblər.  Görüşdə Əli Həsənov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqına üzv gəncləri salamlayaraq  onlara öz təşəkkürünü bildirib.  Onları maraqlandıran sualları cavanladırmağa hazır olduğunu vurğulayıb.

Daha sonra Əli Həsənov Mədəniyyətlərarası dialoqun inkişafında  “Böyük İpək Yolu” BGİ –nin uğurlu fəaliyyətini yüksək qiymətləndirirək Təşkilatın daha da genişləndirilməsinin vacib olduğunu  diqqətə çatdırıb. Qeyd edib ki, Təşkilat üzvlərinin sayının artırılaraq hər ölkədən bir deyil bir neçə gənclər təşkilatının cəlb edilməsi daha məqsədəuyğundur.

“Azərbaycanda gənclər siyasəti  dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə Prezidenti Gənclər və İdman sahəsinə xüsusi önəm verir. Çünki gəncliyini düşünməyən Xalqın perspektivi ola bilməz.  Dövlətimiz  çalışır ki, gənclərimiz daha sağlam, savadlı,intellektual və kreativ  istiqamətlərdə inkişaf etsinlər . Bu sahədə fəaliyyət göstərən təşkilatların qarşısında duran əsas məsələ isə gənclərə dəstək olmaqdır. Müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirmək, hər bir xalqın mədəniyyətində gözəl keyfiyyətləri, müsbət cəhətləri təbliğ etmək lazımdır. Sizə bu yolda uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycandan  ən yaxşı nümunələri götürəcək, ölkəmizdən dost olaraq ayrılacaqsınız.”

“Böyük İpək yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Əli Həsənova qəbul üçün təşəkkürünü bildirib, Bakıda başlayan  “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası haqqında geniş məlumat verib.

Qeyd edib ki, İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarını keçiriblər.  İttifaqın gördüyü işlər haqqında məlumat verən Fuad Muradov onuda əlavə edib ki, Təşkilatın “Gənc şairələrin beynəlxalq forumu” Şərq Tərəfdaşlığı ölkələri arasında  ən yaxşı mədəniyyətlərarası  layihə mükafatına layiq görülüb.

İdarə Heyətinin Bakıda keçirilən İclasında təşkilatın illik hesabatı dinlənilib. Eyni zamanda yeni loqo və brend-book təqdim edilib və idarə heyəti tərəfindən təsdiqlənib. Görüşdə 2016-cı ilin fəaliyyət proqramı müzakirə edilib.

İttifaqının gördüyü işlər barədə iştirakçılara slayd nümayiş etdirilib. Müzakirələrdə “Böyük İpək yolu”nun növbəti Forumun keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olan İttifaqa 32 ölkədən üzv təşkilat daxildir.







Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi