Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.
Bakı Şəhəri Təhsil İdaərindən Modern.az-a verilən məlumata görə, təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub. Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib.Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
Müsabiqədən sonra həmsöhbətimiz olan 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əlihüseynova Tahirə sualların bir qisminin orta, bir qisminin ağır olduğunu dedi.
O qeyd etdi ki, bundan sonrakı hədəfi müsabiqənin digər mərhələsinə daha yaxşı hazırlaşmaq və daha yaxşı nəticə əldə etməkdir.
Qeyd edək ki, fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulub.
Fənn müsabiqələrinin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə öz biliklərini sınayacaqlar. Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.
Aytən ZƏHRA