Modern.az

Nalbandyan Parisdə Qarabağla bağlı danışıqlar apardı

Nalbandyan Parisdə Qarabağla bağlı danışıqlar apardı

7 Noyabr 2015, 14:10


Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın dövlət katibinin müavini Entoni Blinken Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Modern.az saytının Ermənistan KİV-nə istinadən  verdiyi xəbərə görə bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.  

Məlumata görə görüşdə Qarabağ probleminin sülh yolu ilə nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əməkdaşlığı, bir sıra regional və beynəlxalq məsələlər barədə də danışıblar.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?