Modern.az

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi

7 Noyabr 2015, 14:24

Daxili İşlər Nazirliyinin (DİN)  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Sumqayıtda əməliyyat keçirib.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1”qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi