Taşir-Metsavan avtomobil yolunda baş verən yol qəzasında ölənlərdən biri hərbçidir.
Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, 18 yaşlı Xaçik Poqosyan bir ildir orduda xidmət edirdi. Məzuniyyətə gələn əsgər noyabrın 7-ə xidmət etdiyi hərbi hissəyə qayıtmalı idi.
Taşir-Metsavan avtomobil yolunda “Toyota Prado”nun sürücüsü idarəetməni itirərək əvvəlcə elektrik dirəyinə çırpılıb, sonra kanala düşüb. Nəticədə iki nəfər hadisə yerində ölüb, daha iki nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Modern.az