3 saylı İstintaq təcridxanasına heroin keçirtmək istəyən şəxs yaxalanıb.
Modern.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, xidmətin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs olunmuş şəxs Babaşov Şahmar Əlihüseyn oğlunun yanına qısamüddətli görüşə gəlmiş dostu ona narkotik vasitə vermək istəyib.
Belə ki, Bakı şəhər sakini vətəndaş Dəmirov Tural Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə keçirilən baxış zamanı əynində olan şalvarının sağ yan cibindən sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0.718 qram olan narkotik vasitə olan “heroin” aşkarlanıb.
Həmçinin sovqatda olan bişirilmiş toyuğun içərisindən sellofan paketə bükülərək gizlədilmiş narkotik vasitələr - xalis çəkisi 1 qram olan “heroin” və xalis çəkisi 1.097 qram olan “tiryək” aşkar edilərək götürülüb.
Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinə göndərilib.
Modern.az