Modern.az

AMEA-nın 15 institutu magistraturaya qəbul aparacaq

 AMEA-nın 15 institutu magistraturaya qəbul aparacaq

7 Noyabr 2015, 22:01

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. Akademiyadan Modern.az-a verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidentlər, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və AMEA Rəyasət Heyətinin məsul əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə gündəliyə daxil olan məsələlərlə bağlı ətraflı məlumat verib. Akademiyanın 70 illik yubileyinə hazırlıq işlərinin yekunlaşdığını bildirən AMEA rəhbəri doktoranturaya və magistraturaya qəbulun nəticələri, tədris prosesinin gedişatı, doktorluq imtahanlarına qəbul prosesinin təkmilləşdirilməsi kimi məsələlərə münasibət bildirib. Akademik qeyd edib ki, doktoranturaya qəbul olmaq istəyənlər mütləq ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər. Həmçinin əlavə edib ki, AMEA-da magistratura təhsilinin təşkili universitetlərdəkindən fərqli olmalı, Akademiyada magistratura təhsili alanların beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı təşkil edilməlidir. İclasda akademik Akif Əlizadə AMEA-da büdcədənkənar maliyyələşmə işləri ilə bağlı əsaslı mülahizələrini irəli sürüb. Bildirib ki, Akademiya yeni elmi istiqamətləri formalaşdırmaq üçün büdcədənkənar vəsait əldə etməyə çalışır və bu da innovativ təklifləri bizneslə əlaqələndirməyə imkan verir. Bu məqsədlə yeni elmi istiqamətlər üzrə həm də kadrların hazırlanması işinə AMEA-nın elmi müəssisələrinin rəhbərləri böyük məsuliyyət və qayğı ilə yanaşmalıdırlar. AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinin təşkil olunduğunu xatırladan akademik növbəti ildə 15 institutda magistraturaya qəbulun nəzərdə tutulduğunu qeyd edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi