Rusiya məxsus A321 sərnişin təyyarəsinin qalıqlarının aviaqəza yerində səpələnməsi onun havada ikən dağıldığını sübut edir. Modern.az xarici mətbuata istinadən saytı xəbər verir ki, bu barədə qəzanın araşdırılması üzrə komissiyanın başçısı Ayman əl-Müqəddəmə bildirib.
“Rusiya təyyarəsinin qalıqları 13 km-lik əraziyə səpələnib ki, bu da laynerin havada dağıldığını təsdiqləyir” – deyib əl-Müqədəmə. Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan A321 sərnişin təyyarəsi oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin hamısı həlak olub. Qəzaya terror aktının səbəb olduğu faktiki, təsdiqlənib.
Modern.az