Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb. Modern.az saytı “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rumıniya səhiyyə nazirliyinin nümayəndəsi Rayed Ərafat bildirib.
Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.
Modern.az