1995-ci ildə Ermənistanda səfərdə olan İran azərbaycanlısını qəddarlıqla qətlə yetirmiş Soğomon Köçəryan noyabr ayının 8-də gecə saatlarında ölüb.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, İran tərəfinin ciddi nəzarəti altında aparılmış məhkəmə prosesi zamanı S.Köçəryan 1995-ci ildə törətdiyi cinayətə görə əvvəlcə ölüm cəzasına məhkum edilmiş, sonra isə cəzası ömürlük həbslə əvəzlənmişdi.
İyirmi il həbsxanada qaldıqdan sonra bu ilin oktyabr ayının 22-də Yerevanın Mərkəz və Nork-Maraş inzibati inzibati rayonlarının ümumi səlahiyyətli məhkəməsinin qərarı ilə ağır xəstəliyə görə cəzasının qalan hissəsindən azad edilmişdi.
Qarabağ müharibəsi zamanı xalqımıza qarşı xüsusi qəddarlığı ilə seçilmiş S.Köçəryanın həyat yoldaşı onun həbsindən bir neçə il sonra ağır xəstəlikdən ölmüşdü. S.Köçəryanın yeganə qız övladı isə bir il əvvəl 18 yaşında öz canına qəsd etmişdi.
İsmayıl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları ETL-in böyük elmi işçisi