Modern.az

Bakıda azyaşlı attraksiondan yıxılıb

 Bakıda azyaşlı attraksiondan yıxılıb

8 Noyabr 2015, 20:23

 

Bakı Bulvarında faciəvi hadisə baş verib. Modern.az saytı xəbər verir ki, bu barədə hadisə şahidləri musavat.com-a məlumat verib. Məlumata görə, azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb. Attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi