Modern.az

Eyni yolda iki ağır qəza

  Eyni yolda iki ağır qəza

8 Noyabr 2015, 23:11

 

Bu gün Hacıqabulda iki ağır yol qəzası qeydə alınıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb. İmişli şəhər sakini Qarayev Azər Ramin oğlu idarə etdiyi “Mercedes” markalı 30 BF 223 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - İmişli rayonunun Mirili kənd sakinləri, 1964-cü il təvəllüdlü Əhmədova Yeganə İsmi qızı qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Əhmədov Raqub Əhməd oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib. Ailənin daha bir ailə üzvünə isə ambulator yardım göstərilib. Sürücü xəsarət almayıb.

Daha bir qəza Bakı-Qazax yolunun 117-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində baş verib. Göyçay rayonu Çayarxı kənd sakini,  1971-ci il təvəllüdlü Məmmədov Pərviz Ağasəf oğlunun idarə etdiyi  VAZ-2107  markalı 10 HN 810 dövlət nömrə nişanlı avtomobil  “PRADO” markalı avtomobillə toqquşub. Qəza nəticəsində  sürücü çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün oğlu 2001-ci il təvəllüdlü Ağasəf Məmmədova xəstəxanada ambulator yardım edilib. Hər iki faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi