224 nəfərin ölümünə səbəb olan təyyarə qəzasına səbəb olan partlayışın mümkün təşkilatçısının adı açıqlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb. Məlumata görə, təyyarəyə hücumu "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) Sinay yarımadasında fəaliyyət göstərən qanadı - "Vilayət Sinay" və onun rəhbəri Əbu Üsamə əl-Məsri təşkil edib.
Qəzet yazır ki, Britaniya hakimiyyəti Əl-Məsrinin statusunu şübhəli şəxs kimi təsdiq etməklə yanaşı, Misir və ya Rusiyaya onun ələ keçirilməsi, ya da aradan qaldırılması üçün kömək də vəd edib. Rusiyanın güc strukturları bu məlumatla bağlı heç bir şərh verməyiblər.
Modern.az