Modern.az

Amerikalı həmsədr: “Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə çatışmır”

Amerikalı həmsədr: “Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə çatışmır”

Təhsil

9 Noyabr 2015, 14:19

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün ən böyük maneə siyasi iradənin çatışmamasıdır. Modern.az bildirir ki, bunu “Armenpres” agentliyinə müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

“Biz dəfələrlə qeyd etmişik ki, danışıqlar yolu ilə nizamlanmaya nail olunması uzun müddətdir münaqişə şəraitində olan regiona sülh və çiçəklənmə gətirəcək. Həmsədrlər tərəflərin vasitəçilərin rolunu vacib hesab etdikləri müddətdə nizamlanmaya nail olunması üçün öz səylərini davam etdirəcəklər, ancaq yekun qərarı iki ölkənin prezidentləri qəbul etməlidirlər”, - Uorlik qeyd edib.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?