Modern.az

Bakının maşın bazarında vəziyyət pisləşib - REPORTAJ

Bakının maşın bazarında vəziyyət pisləşib - REPORTAJ

9 Noyabr 2015, 15:32

Modern.az saytının əməkdaşı Bakının Badamdar qəsəbəsindəki “maşın bazarı”nda - Avtomobil Satışı Mərkəzində olaraq burada qiymətlərlə maraqlanıb.
Bazarda satıçılarla söhbətdən məlum oldu ki, vəziyyət o qədər də ürəkaçan deyil. Satıcılar deyirlər ki, onlar hər günü başa vurandan sonra sabahı gözləyirlər ki, bəlkə ertəsi gün yaxşı olar. Bir sözlə, “maşın bazarı” əməlli-başlı müştəri qıtlığı yaşıyır.

Yaxınlaşdığımız avtomobil salonunun satıcısı bazarın vəziyyətini belə şərh etdi: “Son vaxtlar müştərilər azalıb. Gəlib baxanlar da maşın almadan çıxıb gedirlər. Nağd pulla avtomobil almaq istəyən də azdı, əksər müştərilər kreditlərlə maraqlanırlar”.

Bazarın Fərhad adlı maşın alverçisi növbəti həmsöhbətimiz oldu. O, 9 ildir ki, bu işlə məşğuldur: “Mən çoxdandır bu işlə məşğulam. İndi bazarın vəziyyəti göz qabağındadır. Müştəri çox azdır, əvvəllər şənbə-bazar günləri yaxşı olurdu. Amma son vaxtlar işlərimiz pis gedir.
Bax, mənim 3 maşınım var, onlardan ikisini satıram, sonra əvəzində yenisini alıb, yenidən satıram. Bu yolla evimə pul aparam. Amma o maşınlar əlimdə qalıb, alan yoxdu”.

Alverçi deyir ki, əvvəllər avtomobilləri Gürcüstandan, Rusiyadan gətirirmişlər, mma indi elə bazardan alıb, bazarda da satır”.

Bazarda Rusiya avtomobili satan salonun satıcı isə o qədər də narazı deyildi: “Rusiya maşınlarına təlabat var. Həm ucuzdur, həm də ki, təzə maşınlardı. Məsələn, LADA “Priora”nın təzəsi 9-10 min, “Niva” isə 13-15 min dollar arasında dəyişir. Müştərilərimiz olur. Bu gün 1 maşın satmışam. Yəqin ki, axşama kimi də 1-ni də sataram. Bizim əsas müştərilərimiz kənd yerlərindən olur”.

Bazarda diqqətimizi çəkən maşınlardan biri də İran istehsalı olan avtomobillər oldu. Bu avtomobilləri həm kreditlə, həm də nağd qiymətə almaq olar. Bu maşının qiyməti isə 8-10 min arasında dəyişir.




Emil Rasim

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi