Modern.az

Tovuzda yaşayış evində partlayış olub

Tovuzda yaşayış evində partlayış olub

9 Noyabr 2015, 22:07

 

Tovuz rayonunda yaşayış evində güclü partlayış baş verib. Modern.az saytı Kəpəz TV-yə istinadən xəbər veri ki, hadisə rayonun Alakol kəndində Mehman Həmzəyevə məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması dağıntıya səbəb olub. 

Qonşuların sözlərinə görə, qəfildən güclü partlayış səsi eşidib, küçəyə çıxan zaman evin divarının uçduğunu görüblər. 4 nəfərin yaşadığı mənzildə şiddətli partlayış zamanı 12 yaşlı Elşən Həmzəyev xəsarət alıb. Hadisə nəticəsində ev sahibinə xeyli ziyan dəyib. Partlayış zamanı evdə yanğın qeydə alınmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi