Modern.az

Obama Davudoğlu ilə müzakirə apardı

Obama Davudoğlu ilə müzakirə apardı

10 Noyabr 2015, 09:24


ABŞ prezidenti Barak Obama Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar parlament seçkilərində qalib gəlməsi münasibəti ilə Türkiyənin baş naziri Əhməd Davudoğlunu təbrik edib.

Modern.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar Suriya münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.  

Ağ Ev başçısı deyib ki, ABŞ və Türkiyə arasındakı dostluq, müttəfiqlik əlaqələri mövcuddur.

Onun sözlərinə görə “İslam dövləti” ilə (İŞİD) mübarizə başda olmaqla, regional problemlərin həlli üçün mövcud əməkdaşlıq daha da dərinləşməlidir.  

Əhməd Davudoğlu isə Antalyada keçiriləcək G20 zirvə toplantısı çərçivəsində bu mövzularla bağlı daha geniş çərçivədə müzakirə aparılacağına ümid etdiyini bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da ABŞ-la əməkdaşlığı bundan sonra da davam etdirəcək.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi