Modern.az

Müdafiə Nazirliyi polkovnikin işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA

Müdafiə Nazirliyi polkovnikin işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA

10 Noyabr 2015, 18:37

Bəzi kütləvi informasiya vasitələri “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” xarakterli materiallar yayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidməti AZƏRTAC-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, haqqında bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub. Onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

Məlumatda qeyd edilir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə növbəti dəfə müraciət edərək, onları daha diqqətli və məsuliyyətli olmağa, yalan və şayiələri yaymamağa çağırır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi