Modern.az

İqbal Ağazadənin dairəsində bir məntəqənin nəticəsi ləğv olunub

 İqbal Ağazadənin dairəsində bir məntəqənin nəticəsi ləğv olunub

Təhsil

10 Noyabr 2015, 21:13


 

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda Komissiyanın 2015-ci il noyabrın 5-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya nəzdində fəaliyyət göstərən Ekspert qrupunun üzvü tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış müraciətlərlə bağlı müvafiq qərar qəbul edilib. Qeyd edək ki, Komissiya üzvlərinin müzakirəsindən sonra 35 saylı Xətai üçüncü seçki dairəsinin 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi