Modern.az

Rusiyada azərbaycanlını öldürən şəxs tutulub

 Rusiyada azərbaycanlını öldürən şəxs tutulub

11 Noyabr 2015, 00:56

 

Rusiyanın Tosnensk rayonunda Azərbaycan vətəndaşının qətlinin təfərrufatları bəlli olub.  Modern.az saytı xəbər verir ki, bu barədə Anspress Tosnensk rayon hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, avqust ayının 24-də 47 yaşlı azərbaycanlı miqrantı öldürməkdə şübhəli bilinən 29 yaşlı şəxs artıq saxlanılıb. Polisin verdiyi məlumata görə, günorta saat 3-ə yaxın azərbaycanlını güclə avtomobilə əyləşdirən naməlum şəxslər onu Tosnensk rayon Perevoz kəndinə aparıblar.

Orada onu möhkəm döyərək sonradan hadisə yerindən qaçıblar. Yaralı xəstəxanaya çatdırılsa da qəbul otağında ölüb. Polis hadisənin motivləri barədə açıqlama verməsə də saxlanılan şəxsin hadisə zamanı tək olmadığını bildirib. Bu məqsədlə azərbaycanlının qətlində ittiham olunan saxlanılan şəxsin şərikləri axtarılır. Faktla bağlı araşdırmalar davam edir. Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi