Azərbaycanda 9 yaşlı qız özünü kondisionerdən asıb.
Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı Səbail rayonu, Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındaki kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, oktyabr ayının 2-də də Bakıda azyaşlı intihar edib. Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınan özünü asma hadisəsi zamanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb.
Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.
Modern.az