Modern.az

Ramiz Mehdiyev Rusiyanın təhlükəsizlik şefi ilə görüşdü

 Ramiz Mehdiyev Rusiyanın təhlükəsizlik şefi ilə görüşdü

11 Noyabr 2015, 22:05


Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.

Modern.az saytı xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin  perspektivləri müzakirə olunub.

Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün  əməkdaşlıq planını imzalayıblar.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi