Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə duşub. Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Göytəpə qəsəbəsi, Şahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.
Fövqəladə Hallah Nazirliyinin əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadrlara yerləşdirilib. Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.Qeyd edək ki, 20-ci əsrin əvvələrində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb.
Modern.az