Modern.az

Qadın sürücünün törətdiyi qəzada övladları yaralandı

 Qadın sürücünün törətdiyi qəzada övladları yaralandı

12 Noyabr 2015, 00:58

 

Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az  saytı APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Zeynalov küçəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Mitsubishi" markalı avtomobil əvvəlcə yol kənarındakı "Toyota-Land Cruser" markalı avomobilə çırpılıb, daha sonra isə səkiyə çıxıb. Zərbənin gücündən "Toyota-Land Cruser" də qarşıda dayanmış "Hyundai" markalı maşına dəyib. Qəza zamanı sürücünün iki azyaşlı övladı da avtomobildə olub.

Onlar yüngül xəsarət alıblar və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi