Modern.az

Deputatdan TƏKLİF: Azərbaycan parlamentli respublikaya keçməlidir

Deputatdan TƏKLİF: Azərbaycan parlamentli respublikaya keçməlidir

12 Noyabr 2015, 09:55


Zaman-zaman  Azərbaycanın parlamentli respublika olması barədə fikirlər gündəmə gəlsə də, məsələnin gerçəkləşməsi üçün lazım olan situasiya yetişməyib.

Ümumiyyətlə, Azərbaycan parlamentli respublika ola bilərmi? Eyni zamanda, bunun xeyri nə ola bilər?   Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Modern.az-a açıqlamasında parlamentli respublikanın faydalı tərəflərini şərh edib.  

“Bu bir çox partiyaların proqram məqsədlərində yer alır. Partiya demokratiyasını inkişaf etdirmək üçün belə bir sistemə keçmək faydalıdır.

Burada həm də vətəndaşların dövlət həyatında təmsilçilik imkanları artır. Hakimiyyətin hədsiz mərkəzləşdirilməsinin də qarşısı alınır”.      

Namidə BİNGÖL  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi