“Azadlıq-2015” seçki bloku buraxılıb. Bu barədə adıçəkilən blokdan Modern.az saytına məlumat verilib.
Bildirilib ki, bloka daxil olan siyasi partiya rəhbərlərinin keçirdiyi iclasda buraxılmaq barədə qərar verilib.
“Azadlıq-2015” seçki blokuna Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxil idi.
Qurum 1 noyabrda keçirilən parlament seçkilərində iştirak etsə də, heç bir uğur qazana bilmədi.
Modern.az