Modern.az

Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

Təhsil

12 Noyabr 2015, 10:11


Ailələr yaxın günlərdə peşə liseyinin yataqxanasına yerləşdiriləcəklər.

Rayonun Göytəpə qəsəbəsi, Sahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.

FHN əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadırlara yerləşdiriliblər.

Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb. (Qafqazinfo)  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?