Modern.az

Seçkilərdən məğlub çıxan eks-deputat: “Artıq əhəmiyyəti yoxdur...”

Seçkilərdən məğlub çıxan eks-deputat: “Artıq əhəmiyyəti yoxdur...”

Təhsil

12 Noyabr 2015, 12:31

55 saylı Xaçmaz Seçki Dairəsindən deputatlığa namizəd olan və 1 noyabr parlament seçkilərindən məğlub çıxan  sabiq deputat Lalə Abbasova Modern.az-a açıqlama verib.

O bildirib ki, seçkilərdəki iştirakı ilə bağlı heç nə danışmaq istəmir.

“Artıq seçkilər bitib. Nəsə deməyimin əhəmiyyəti yoxdur”.

Lalə Abbasova yeni seçilən deputatlara tövsiyə də verib:

“Yeni seçilən deputatlar  xalq üçün işləsinlər. Xalqın inamını sevgisini qazanmağa çalışsınlar. Deputat seçilməsəm də, Xaçmaz rayonunun sakinləri  mənə hörmət edir. Hər zaman onların yanında olmuşam. Bundan sonra da olacağam. Dövlətimə də, xalqıma da, cənab prezidentimə də hörmətim hər zaman olub və olacaq”.

Qeyd edək ki, “Qadın və Tərəqqi” ictimai birliyinin sədri olan Lalə Abbasova  2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?