Modern.az

“Leyla Yunus da azadlığa buraxıla bilər”

“Leyla Yunus da azadlığa buraxıla bilər”

Təhsil

12 Noyabr 2015, 15:53


Xəbər verdiyimiz kimi, həbsdə olan hüquq müdafiəçisi Arif Yunus bu gün məhkəmə zalından azadlığa buraxılıb. 
Onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadqıov Modern.az saytına bildirib ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Arif Yunus barəsində seçilən həbs qətimkan tədbiri başqa yerə getməmək qəti imkan tədbiri ilə əvəz olunub: 

“Arif Yunus Bakıdan kənara çıxmayacağı şərtilə azadlığa buraxıldı. Səbəb onun xəstəliyidir. Çünki o, yüksək qan təzyiqindən əziyyət çəkir”.

Vəkil deyib ki, Arif Yunusun həyat yoldaşı Leyla Yunusun da səhhəti ağır olduğundan azadlığa çıxma ehtimalı var:

“Biz ümid edirik və çalışırıq ki, o da azadlığa çıxsın. Çünki səhhəti həbsxana şəraitində müalicə almağa imkan vermir”.
 Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunaraq 7 illik həbsə məhkum edilib.

Arif Yunusun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırda həbsdədir. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi