Modern.az

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək

 Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək

12 Noyabr 2015, 15:56


Gürcüstanın Ədliyyə Nazirliyi keçmiş prezident, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin ölkə vətəndaşlığından məhrum edilməsi üçün prezident Georgi Marqveşaviliyə müraciət edib. Modern.az Gücrüstan KİV-nə istinadən xəbər verir ki, nazir Teya Çulukiani nazirliyin oktybar ayından başlayaraq Saakaşvilinin vətəndaşlıqdan məhrum olunma prosesinə start verdiklərini deyib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşı başqa ölkənin vətəndaşı olduğu halda, vətəndaşlıqdan çıxarılır. Çulukiani yaxınlarda Ukrayna pasportu alan Saakaşvilinin də bu qanunla vətəndaşlıqdan məhrum olunacağını deyib: “Bir neçə gün öncə Saakaşviliyə Odessadakı ünvanına vətəndaşlıqdan çıxarılacağı ilə bağlı bildiriş göndərilib. Dekbarın ilk günlərində dövlət başçısı bu məsələ ilə bağlı yekun qərar verəcək”.

2013-cü ilin noybarında Gürcüstanda prezident səlahiyyətləri başa çatan Saakaşvili dövlətə məxsus 5 milyon dollar pulu şəxsi məqsədlərlə isitfadə etməkdə ittiham olunur. O, Gürcüstan daxilində axtarışdadır.

Vüqar İsmayılov      

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi