Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Biologiya və Tibb Elmləri bölməsinin büro iclası keçirilib. İclasda öncə AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinin akademik katibi Əhliman Əmiraslanov çıxış edərək, Akademiyanın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq haqqında məlumat verib.
Ə.Əmiraslanov bildirib ki, yubiley mərasimində iştirak edən Prezident İlham Əliyev AMEA-nın fəaliyyəti barəsində çox geniş məzmunlu və proqram xarakterli çıxış edib: “Dövlətimizin başçısı öz çıxışında həmçinin Akademiyanın gələcək fəaliyyəti ilə bağlı özünün çox qiymətli tövsiyyələrini verdi. Biz cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün daha uğurla fəaliyyət göstərməliyik”.
Daha sonra Əhliman Əmiraslanov AMEA-nın 70 illik yubileyi münasibətilə fəxri adlara, orden və medallara layiq görülən akademiya əməkdaşlarını təbrik edib.
Ə.Əmiralanov bildirib ki, fəxri adlarla yanaşı, AMEA-nn bir qrup əməkdaşı akademiyanın Rəyasət Heyəti tərəfindən fəxri fərmanlarla təltif olunublar. Tədbirdə onların bir qisminə fəxri fərmanlar təqdim olunub.
Qeyd edilib ki, AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinin 30-a yaxın əməkdaşı fəxri fərmanla təltif olunublar. Fəxri fərmanlar akademik Əhliman Əmiraslanov və akademik Rasim Əliquliyev tərəfindən təqdim olunub. Təltif edilənlər sırasında AMEA-nın Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Zoologiya İnstitutu, Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İinstitutunun və Mərkəzi Nəbabət Bağının əməkdaşları olub.
Daha sonra büro öz işinə elmi-təşkilat məsələlərinin müzakirəsi ilə davam edib.
Modern.az