Modern.az

Erməni vertolyotunun vurulmasından 1 il keçdi - VİDEO

Erməni vertolyotunun vurulmasından 1 il keçdi - VİDEO

12 Noyabr 2015, 16:25


Düz 1 il əvvəl – 2014-cü il noybarın 12-də Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrin məxsus Mİ-24 döyüş vertolyotu Azərbaycanlı hərbçilər tərəfindən məhv edilmişdi.
Modern.az saytı xəbər verir ki, məhv edilən vertolyot təmas xəttinin neytral ərazisinə düşmüşdü. İnsident zamanı vertolyotun ekipaj üzvləri – mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyan ölmüşdü.

Xatırladaq ki, düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib.

Helikopteri vuran isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu idi. O,  müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Modern.az saytı düşmən vertolyotunun vurulma anını əks etdirən videonu təqdim edir.

Modern.az   

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi