Modern.az

Dəhşətli yanğından zərər çəkən sakin Prezidentdən kömək istədi

Dəhşətli yanğından zərər çəkən sakin Prezidentdən kömək istədi

Təhsil

12 Noyabr 2015, 17:32


Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanmış 16 mərtəbəli binada  zərərçəkən Zəmanət Möhübbət oglu Daşdəmirov ölkə başçısı İlham Əliyevə müraciət edib.

Zərərçəkənin həm də Modern.az saytına göndərdiyi müraciətində deyilir:

“ Hörmətli cənab Prezident! Bildiyiniz kimi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 19 may 2015 tarixdə dəhşətli yanğın hadisəsi baş verdi. Hadisə nəticəsində 16 nəfər bina sakini yanaraq həlak oldu, 57 mənzil, 10 avtomobil və bir neçə qeyri-yaşayış sahəsi yararsiz hala düşdü.
Sizin təxirəsalınmaz tədbirləriniz nəticəsində, təcili komissiya yaradıldı, bina sakinlərinə, onların əmlakına dəymiş ziyana görə təzminat ödənildi, evlər az müddətdə təmir olunaraq sahiblərinə qaytarıldı .
Mən həmin binada 16 il idi ki, kirayə yaşayırdım. Kirayəci oldugum ücün bu təzminatların hec birindən yararlanmadım. Bina təmir olunduqdan sonra da mən həmin binaya köçə bilmədim.
Mən Zəmanət Möhübbət oglu Daşdəmirov 6 ildən çox idi yanmış binanın yanında fiziki şəxs qismində “İnternetklub” işlədirdim. Ailəmi həmin klubun gəlirləri ilə dolandırırdım. Hadisə zamanı mənə məxsus “İnternetklub”da olan 15000 manat dəyərində əmlak yanaraq, yararsız hala düşdü. Dövlət tərəfindən dəymiş ziyana qarşı hec bir təzminat ödənilmədi.
Hadisə zamanı 2 azyaşlı övladım və ailəm ölümlə qarşılaşdı, tüstüdən zəhərləndi, illərlə yaddan çıxmayan psixoloji travma aldıq. 7 yaşlı oğlum bu günə kimi müalicə olunur. Dövlət tərəfindən yaradılmış komissiya bizə dəymiş ziyanı hesablayıb yaxın vaxtlarda ödəniləcəyinə söz versə də, hadisədən 7 ay keçməsinə baxmayaraq bundan imtina olunur, durumumuzla maraqlanmırlar. Bütün israrlı tələb və müraciətlərimizə baxmayaraq yaradılmış komissiya bizim hüquqlarımıza hörmət qoymur. Bizimlə təmasa girən məsul şəxslər aldatmaqla məşğuldurlar. Hökumət qurumlarindan dəstək görmürəm”.

Zərəçəkən şikayətçi bəyan edib ki, bu vəziyyətdə humanitar kömək üçün xarici səfirliklərə müraciət etmək haqda düşünür. O, ölkə başçısından məsələyə müdaxilə edib, ailəsinə yardım göstərməyi xahiş edib.  

“Mənim istəyim dəymiş ziyanın ödənilməsi, iş yerimi yenidən bərpa edib fəaliyyətə başlamaqdır”.

Z.Daşdəmirov hazırda Abşeron ryonu, Qobu qəsəbəsindəki yeni yaşayış massivində məskunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi