İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Kriştianu Ronaldu özünə 19 milyon dollara təyyarə alıb.
Modern.az xəbər verir ki, bu barədə Portuqliya mətbuatı yazıb.
Futbolçunun aldığı “Gulfstream G200” 2 motorlu biznes-klass təyyarəsidir. 10 sərnişin daşıya bilən təyyarədə pilotlar və sərnişinlər üçün ayırıca isitrahət otaqları, internet, faks, qaz peçi və soyuducu var.
Futbolçu bundan sonra dünyanın istənilən hava limanına şəxsi təyyarəsi ilə səfər edə biləcək.
Vüqar İsmayılov